23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın sərhəd qapısı sayılan Sədərək rayonu 2016-cı ili uğurla başa vurub. Hər il rayon mərkəzi Heydər­abad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində tikinti-quruculuq işləri aparılır. Bütün bunlar rayon sakinlərinin yaxşı yaşamasına istiqamətlənən tədbirlərdir.
Rayonda son illərdə müasir tələblərə cavab verən onlarla sayda ikimərtəbəli yaşayış evləri, rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Bu tədbirlər ötən il də davam etdirilib. Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 22 milyon 507 min manat və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,2 faiz artaraq 20 milyon 487 min manat olub. Bəhs olunan dövrdə Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin inzibati binasının əsaslı təmiri, içməli su və kanalizasiya xəttinin çəkilişi, yollarda bərpa işləri davam etdirilib. 128 subartezian quyusu təmir olunub, 17 quyuya isə yeni nasos quraşdırılıb. Üç körpü təmir edilib. Beş müxtəlif gücdə olan transformator, 123 ədəd istismar müddəti başa çatmış sayğac yeniləri ilə əvəz olunub. 2500 metr müxtəlif ölçülü elektrik verilişi xətləri quraşdırılıb. İstismar müddəti başa çatmış transformatorlar, 2500 metr uzunluğunda müxtəlif ölçülü elektrik xətləri yeniləri ilə əvəz olunub. Yeni tikilən 16 mənzilə qaz xətti çəkilib.
Bütün bunlar sərhəd bölgəsi sakinləri tərəfindən onlara göstərilən böyük dövlət qayğısı kimi dəyərləndirilir, sədərəklilərin qurub-yaratmaq əzmini artırır.

Xəbərlər şöbəsi 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR