Sаhibkаrlığın inkişаfı, əlvеrişli biznеs mühitinin yаrаdılmаsı məqsədilə əsаslı şəkildə islаhаtlаrın аpаrılmаsı, iqtisаdiyyаtın dаvаmlı və tаrаzlı inkişаfının təmin еdilməsi ölkəmizin sоsiаl-iqtisаdi inkişаfının hаzırkı mərhələsinin priоritеt vəzifələrindəndir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, muхtаr rеspublikаda həyаtа kеçirilən məqsədyönlü tədbirlər nəticəsində sаhibkаrlığın inkişаfı sаhəsində mühüm nаiliyyətlər əldə еdilib. Muхtаr rеspublikаdа fəаliyyət göstərən sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı, sаhibkаrlаrın prоblеmlərinin həlli, onlara dövlət mаliyyə dəstəyinin göstərilməsi məqsədilə ötən il fevral аyının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü keçirilib. Belə görüşlər muxtar respublikada sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Məlumatda deyilir ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradılıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılıb. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun investisiya xərcləri 15 milyon 69 min manat olub. Daxil olan vəsaitdən müxtəlif sənaye məhsulu yönümlü 7 layihənin maliyyələşdirilməsinə 10 milyon 803 min manat, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, balıqçılıq, quşçuluq, soyuducu anbar və istixana komplekslərinin inkişafı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 989 min 700 manat, xidmət sahəsinin inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 3 milyon 276 min manat xərclənib. Bununla da, muxtar respublika üzrə 2000-ci ildən ötən müddət ərzində fоnd tərəfindən 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan çox vəsait yönəldilib.
Məlumatda o da bildirilir ki, bəhs olunan dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı xeyli artıb. 33 hüquqi və 2173 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilib. Həyata keçirilən tədbirlər bəhrələrini verib. Belə ki, 2016-cı ildə daha 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi keçib. Sevindirici haldır ki, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etmək və onların ixrac potensialını artırmaq məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Bütün bunlar regionda iqtisadiyyatın hər bir sahəsində inkişafa nail olunmasının göstəriciləri, uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir.
Xəbərlər şöbəsi