23 Dekabr 2024, Bazar ertəsi

Dünya iqtisadiyyatındakı mövcud vəziyyətə baxmayaraq, sosial-iqtisadi inkişafın mühüm keyfiyyət göstəricisi və regional inkişafın fərqləndirici xüsusiyyətlərindən biri olan əhali gəlirlərinin artırılması Naxçıvan Muxtar Respublikasında ötən il də diqqətdə saxlanılıb.
Sahibkarlığın inkişafı üçün görülmüş tədbirlər, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan siyasət nəticəsində əhali gəlirləri də bazarın səviyyəsinə uyğun olaraq artıb. Belə ki, 2016-cı ildə muxtar respublikada istehsal olunmuş 2 milyard 500 milyon manatdan çox ümumi daxili məhsulun hər bir nəfərə düşən həcmi 5 min 771 manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çox olub. Ümumi daxili məhsul istehsalının 60 faizə qədərinin real sektorun payına düşməsi burada aparıcı amil kimi özünü göstərir.

Sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına da öz təsirini göstərib. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində 2 min 818 yeni iş yeri açılıb ki, bunun da 98 faizi daimi iş yerləri olub.
Muxtar respublikada yeni iş yerlərinin yaradılmasında ötən il ərzində 47 yeni istehsal və xidmət sahəsinin fəaliyyətə başlamasının, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 33 hüquqi və 2173 fiziki şəxsin dövlət qeydiyyatına alınmasının, sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilməsinin mühüm rolu olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR