23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanbank kreditlərin faiz dərəcələrini yenidən aşağı salıb 

Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir. Məsuliyyətli və eyni zamanda olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olması, yəni onun faiz dərəcələrinin real iqtisadi vəziyyətlə üst-üstə düşməsidir. 

Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlığını artıran əsas amildir. Hazırda ölkəmizdəki kredit bazarına nəzər saldıqda görürük ki, muxtar respublikamızda kreditlər üzrə tətbiq edilən orta faiz dərəcələri Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə ən aşağı səviyyədədir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatlarına görə, 1 dekabr 2016-cı il tarixə təklif olunan kreditlər Abşeron iqtisadi rayonu üzrə 16,7 faiz, Aran iqtisadi rayonu üzrə 22,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 19,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 19,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 22,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 17,9 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 12,6 faiz təşkil edir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir. Adıçəkilən bankın Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağı salınıb. Belə ki, yeni qaydalara görə kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur. 

İdarədən onu da bildirdilər ki, Naxçıvanda verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5-7 faiz , istehlak kreditləri üzrə 8,5-9 faiz , daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir. 

Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikamızda əhalinin mənzil təminatını yaxşılaşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir. 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR