23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən işlər arasında kənd təsərrüfatının inkişafı prioritet məsələ kimi diqqətdə saxlanılır. Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının və kənd təsərrüfatı sahəsinin inkişafına dair son məlumatlarda bu qənaətə gəlmək mümkündür.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilmiş məlumatda qeyd olunur ki, cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 2 milyard 251 milyon 910 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bunun da 369 milyon 626 min 500 manatı kənd təsərrüfatı məhsulu olub. Bu dövrdə istehsal olunmuş kənd təsərrüfatı məhsulu 2015-ci ilin müvafiq dövründəki göstəricidən 6 faiz çoxdur.

2016-cı ildə muxtar respublikada strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulu – taxıla olan tələbatın yerli imkanlar hesabına ödənilməsi üçün ciddi addımlar atılıb. Cari ildə 31 min 579 hektar sahədən 94 min 117 min ton taxıl tədarük olunub. Növbəti 2017-ci ilin məhsulu üçün isə 17 min 465 hektar sahədə buğda, 5 min 35 hektar sahədə arpa olmaqla, ümumilikdə, 22 min 500 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib.
Aqrar sektorda heyvandarlıq məhsulları istehsalı və emalı da diqqətdə saxlanılıb. Belə ki, qeyd olunan dövrdə muxtar respublika üzrə diri çəkidə 21,7 min ton ət, 78,2 min ton süd istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı üzrə 1,9 faiz, süd istehsalı üzrə 1,3 faiz artım deməkdir.
Göründüyü kimi, muxtar respublika iqtisadiyyatı yeni iqtisadi şəraitdə öz dinamikliyini qoruyub saxlamış, iqtisadiyyatın qeyri-neft sahələri arasında prioritet sahələrdən biri olan kənd təsərrüfatında artım təmin olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR