23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, qurum 2016-cı ilin ötən dövrü ərzində qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq işlər görüb.

Dövlət proqramlarında, fərman və sərəncamlarda, sessiya və müşavirələrdə verilmiş tapşırıqların icrası əsas fəaliyyət istiqaməti olub. Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı dövlət proqramlarının və komitənin fəaliyyət istiqamətləri üzrə muxtar respublika rəhbəri tərəfindən verilmiş tapşırıqların icrası xüsusilə diqqətdə saxlanılıb, ardıcıl tədbirlərin aparılması təmin olunub.
Komitənin müvafiq işçi qrupları tərəfindən istehsal müəssisələrində, ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunma səviyyəsinə, istehlak bazarında məhsulların keyfiyyətinə nəzarət məqsədilə maarifləndirmə xarakterli monitorinqlər aparılıb və bu istiqamətlərdə sahibkarlar üçün treninqlər təşkil edilib. Monitorinqlər zamanı standartların tələblərinə uyğun olmayan 2161,63 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsulun sahibkarlar tərəfindən satışdan çıxarılması təmin olunub. Bu dövr ərzində keyfiyyətə nəzarət məqsədilə 1458 halda məhsulların laboratoriya analizləri aparılıb və sınaq protokolları əldə edilib.

Təsdiq edilmiş iş planına uyğun olaraq muxtar respublikaya idxal olunan qızdırıcı elektrik və qaz cihazlarının standartlara uyğunluğuna nəzarət etmək məqsədilə aidiyyəti orqanların nümayəndələri ilə birgə 115 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb, standartlara uyğun olmayan cihazlar satışdan çıxarılıb.
Məlumatda bildirilir ki, muxtar respublikada istehsal edilən məhsulların markalanmasına nəzarət məqsədilə 110 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinq həyata keçirilib, 62 müəssisədə istehsal olunan məhsulların etiketləri orfoqrafik səhvlər və standartların tələbləri pozulduğundan yeniləri ilə əvəzlənib.
24 dövlət standartı, 1 dövlət standartına edilmiş dəyişiklik, 1 sahə standartı, dövlət qeydiyyatından keçmiş 2 texniki şərt, 1 informasiya təsnifatı standartlar fonduna daxil edilib, 1 standart, 1 sahə standartı ləğv edildiyindən və 1 texniki şərt qüvvədə olma müddəti bitdiyindən fonddan çıxarılıb.
Metrologiya xidməti üzrə 1527 təsərrüfat subyektinə məxsus 34918 ədəd ölçmə vasitələrinin yoxlanılması həyata keçirilib.
İxtira, faydalı model, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi üzrə 52 müraciət daxil olub. Ümumilikdə, bu dövr ərzində əmtəə nişanlarının mühafizəsinə dair 64 və coğrafi göstəricinin mühafizəsinə dair 1 şəhadətnamə, sənaye nümunəsinin mühafizəsinə dair 7 patent və əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması barədə 13 bildiriş, keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra 798 məhsulun istehsalı üçün sahibkarlara uyğunluq sertifikatları verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR