23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-noyabr aylarında 2 milyard 251 milyon 910 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5042,3 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 859 milyon 555 min 800 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əsas kapitala 913 milyon 444 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 841 milyon 708 min manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 * * *

2016-cı ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 46 milyon 231 min 100 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 38 milyon 487 min manat olmaqla bir il öncəki göstəricini 2,1 faiz üstələmişdir.

* * *

Qeyd olunan dövrdə 369 milyon 626 min 500 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 6 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 21,7 min ton ət, 78,2 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı 1,3 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 616 milyon 439 min 500 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 3619,4 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 411,2 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 dekabr 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 56908-ə çatmışdır ki, bunun da 48970-i və ya 86,1 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-noyabr aylarında açılmış 14631 bank hesabının 14630-u aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 dekabr 2016-cı il tarixə 1191-ə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 413 milyon 185 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,1 faiz artaraq 378 milyon 761 min 700 ABŞ dolları, idxalın həcmi 42,6 faiz azalaraq 34 milyon 424 min 100 ABŞ dolları təşkil etmiş, 344 milyon 337 min 600 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 39 milyon 798 min 900 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 10 milyon 13 min 600 manatı və yaxud 25,2 faizi qısamüddətli, 29 milyon 785 min 300 manatı və yaxud 74,8 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Bu dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5 milyon 566 min 300 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

* * *

2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublikaya 368 min 845 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,9 faiz və ya 17248 nəfər çoxdur.

* * *

1 noyabr 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4890 nəfər və ya 1,1 faiz artaraq 448469 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR