Nəqliyyat-yol infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması, nəqliyyat-yol kompleksinin yenidən qurulması muxtar respublikada daim diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər ilin hər fəslində yaşayış məntəqələri arasında nəqliyyatın intensiv hərəkətinə imkan verir.
Noyabr ayında da bu sahədə müəyyən tədbirlər görülmüş, payız-qış mövsümünə hazırlıq işləri vaxtında başa çatdırılmışdır. Bu dövrdə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 1545, əks istiqamətdə isə 1248 sərnişin daşınmışdır. Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 avtobus olmaqla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti