23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda sosial-iqtisadi inkişafın göstəriciləri mütəmadi olaraq yüksəlməkdədir. Bu göstəricilərin tərkib hissəsi olan tikinti-quruculuq və abadlıq tədbirlərinin geniş vüsət aldığını bütün bölgələrimizdə görmək mümkündür.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonu da belə tədbirlərin ön sırasındadır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsi tərəfindən cari ildə bölgənin bir sıra yaşayış məntəqələrində kompleks qurucu­luq tədbirləri həyata keçirilib. Bu tədbirlərdən Arpaçay kəndinə də pay düşüb. Belə ki, inşaatçılar bu yaşayış məntəqəsində iki yeni obyektin inşasını başa çatdırıblar. Hazırda obyektlərdə son tamamlama işləri görülür.
Obyektlərdən biri yeni kənd mərkəzidir. Mərkəzdə kəndin müxtəlif dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb. İnzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər qurumların fəaliyyət göstərəcəyi bina arpaçaylıların vaxta qənaətinə imkan verəcək.
Xidmət mərkəzi də kənd sakinlərinə dövlət qayğısının ifadəsidir. Burada mağazalar, ət satışı dükanı, xidmət sahələri fəaliyyət göstərəcək. Hər iki obyektin tikintisində yerli inşaat materiallarından istifadəyə üstünlük verilib, keyfiyyət amili diqqətdə saxlanılıb.
Ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, yaşıllıqların suvarılması üçün yeraltı su xətləri çəkilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR