23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin genişləndirilməsi ilə nağdsız hesablaşmaların miqyasının artırılması və pul dövriyyəsi təşkilinin daha da müasirləşdirilməsidir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumatda bildirilir ki, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılıb. Dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb. Cari ilin ilk 11 ayında 147 ədəd POS-terminal quraşdırılıb və onların sayı 1 dekabr 2016-cı il tarixə 1191 ədədə çatdırılıb. POS-terminalların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 ədəd artıb.
Verilən məlumatda o da bildirilir ki, bu dövrdə aparılan nağdsız əməliy­yatların həcmi 25 milyon 96 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 457 min manat çoxdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR