23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada hava nəqliyyatında xidmətin düzgün təşkili, sərnişinlərin rahatlığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır.
Ötən ay hava limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilmiş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır. Hava gəmilərinə uçuşdan sonra və uçuşqabağı texniki baxış keçirilmişdir. Həmçinin aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər qış mövsümünə tam hazır vəziyyətə gətirilmişdir.
Noyabr ayında yerli hava xətti ilə 16 min 830 sərnişin, 362 min 173 kiloqram baqaj, 73 min 72 kiloqram yük və 4509 kiloqram poçt, beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva istiqamətində 177 sərnişin, 3661 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 257 sərnişin və 3227 kiloqram baqaj daşınmışdır.

Naxçıvan Beynəlxalq
Hava Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR