23 Dekabr 2024, Bazar ertəsi

İqtisadi inkişafın bütün mərhələlərində bank-kredit müəssisələrinin real sektora göstərdiyi kredit dəstəyi dinamik inkişafı təmin edən mühüm şərtlərdəndir. Bankların həyata keçirdiyi kredit qoyuluşları kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar da ötən dövrdə öz fəaliyyətini regionda yeni layihələrin həyata keçirilməsi üzrə özəl sektorun dəstəklənməsi, əhali əmanətlərinin banklara cəlb olunması və bankçılıq sahəsində mütərəqqi yeniliklərin tətbiqi istiqamətində qurub.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsindən aldığımız məlumatda deyilir ki, 1 dekabr 2016-cı il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 109 milyon 7 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 8 milyon 576 min manat, uzunmüddətli kredit qoyuluşu isə 100 milyon 431 min manat təşkil edir. Bank və kredit təşkilatları tərəfindən təkcə 2016-cı ilin 11 ayı ərzində 39 milyon 798 min manat kredit verilib. Bunun 10 milyon 13 min manatını qısamüddətli, 29 milyon 785 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditin 9 milyon 701 min manatı kənd təsərrüfatı, 10 milyon 322 min manatı sənaye və digər sahələrə yönəldilib.
Qeyd edək ki, ötən dövrdə verilmiş kreditlərin 37,6 faizini kiçikhəcmli kreditlər təşkil edib. Gələcəkdə belə kreditlərin verilməsinin həcminin artırılması nəzərdə tutulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR