23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada elektrik enerjisi təsərrüfatında payız-qış mövsümünə hazırlığın vaxtında həyata keçirilməsi istehlakçıların dayanıqlı enerji təminatına imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən noyabr ayında elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmış, müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmiş, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində tədbirlər davam etdirilmişdir. Belə ki, qeyd olunan dövrdə muxtar respublikanın şəhər və kəndlərində 3 yeni transformator yarımstansiyası quraşdırılmış, 10 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, 2 kilometrlik hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində isə 9 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Muxtar respublikada alternativ və bərpa edilən enerjidən istifadə diqqət mərkəzində saxlanılır, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, noyabr ayında muxtar respublikada istehsal olunan elektrik enerjisinin 35 faizi su və günəş elektrik stansiyalarının payına düşmüşdür.
Yaşayış məntəqələrində elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilmiş, Naxçıvan şəhərində 920 smartkarttipli sayğac quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR