23 Dekabr 2024, Bazar ertəsi

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə nağdsız ödənişlərin əhəmiyyəti barədə 2016-2017-ci tədris ilində nəzərdə tutulan tədbirlərin biri də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə keçirilib.
“2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq keçirilən bu tədbirdə liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri liseyin direktoru Çingiz Rzayev açaraq nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, vətəndaşların rahat şəkildə nağdsız ödəniş etmələri üçün yaradılmış müasir infrastrukturdan, bu sahədə rayonlarda aparılan maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs edib.
Seminarda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadə çıxış edib. O, nağdsız ödənişlərin mahiyyəti və nağdsız əməliyyatların həcmindəki artımı şərtləndirən amillər barədə danışıb, bu sahənin inkişaf etdirilməsi istiqamətində mərkəzi bank və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən işlər, əldə olunan nəticələr, bu nəticələrin muxtar respublika iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Nağdsız ödəniş üsullarının vergi daxilolmalarındakı artıma təsiri və iqtisadi səmərəliliyi” mövzusunda çıxış edib. Bildirib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 2016-cı ilin 1 dekabr tarixinə muxtar respublika ərazisində, ümumilikdə, 1191 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2016-cı ilin geridə qalan 11 ayı ərzində muxtar respublikada POS-terminallar və digər ödəniş vasitələrilə aparılan nağdsız əməliyyatların həcmi 25 milyon 96 min 168 manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 457 min 147 manat çoxdur. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlər əhali arasında elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə səbəb olub.
Çıxışlardan sonra sorğu anket vərəqələri paylanılıb və seminar iştirakçılarını maraqlandıran mövzularda müzakirələr olub.
Məlumat üçün bildirək ki, növbəti tədbirin Babək rayonunda keçirilməsi planlaşdırılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR