23 Dekabr 2024, Bazar ertəsi

Hər il olduğu kimi, cari ilin ötən dövrü ərzində də Naxçıvan Muxtar Respublikasında aqrar sahənin intensiv inkişafını təmin edən strategiya uğurla həyata keçirilir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara stimul verib. Bu, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın, təşəbbüskarlığın artmasına, fərdi təsərrüfatçılığın inkişafına səbəb olub.
İstixanalarda bitkilər ekstremal hava şəraitindən, xəstəlik və ziyanvericilərdən effektli mühafizə edilə bildiyinə görə müxtəlif bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalında istixanalardan geniş istifadə olunur.
Muxtar respublikada Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonları da daxil olmaqla, ümumilikdə, 127 min 162 kvadratmetr sahədə 20 istixana təsərrüfatı fəaliyyət göstərir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar istixana komplekslərində 109 min 816 kvadratmetr sahədə əkin aparılıb. Bu tədbirlər mərhələli olduğu üçün əkin hazırda da davam etdirilir. Ümumiyyətlə isə cari ilin ötən dövrü ərzində muxtar respublikadakı istixanalarda 125,9 ton məhsul yetişdirilərək satışa çıxarılıb.

Bütün bunların nəticəsidir ki, muxtar respublikada tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaranıb.
İstehsalçının maraqlarını təmin edən dövlət qayğısının nəticəsində
cari ilin ötən dövrü ərzində istixana komplekslərinin yaradılması məqsədilə 2 layihənin maliyyələşdirilməsinə 90 min 100 manat vəsait verilib. Ümumilikdə isə 2000-ci ildən 2016-cı ilin ötən dövrünədək Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 4 milyon 488 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib.
Ekotester vasitəsilə məhsulun tərkibində olan radiasiya və nitratın (azot) müəyyən olunmuş normaya uyğunluğu mütəmadi olaraq nəzarətdə saxlanılır. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən istixana komplekslərində yetişdirilən məhsullardan 1463 halda səyyari laboratoriya təhlilləri aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Bu istixana kompleksləri növbəti qış mövsümündə də daxili bazarın tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR