Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində görülən işlər avqust ayında da davam etdirilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir.
Ay ərzində yerli hava xətti ilə 39 min 129 sərnişin, 73 min 293 kiloqram baqaj, 41 min 838 kiloqram yük və 1905 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 490 sərnişin, 5 min 146 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 613 sərnişin və 6 min 873 kiloqram baqaj daşınmışdır.
Aerovağzal binasında teleskopik traplara, nəzarət müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilmiş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır. Hava gəmilərinə uçuşdan sonra və uçuşqabağı texniki baxış keçirilmişdir. Həmçinin aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər qış mövsümünə hazırlanmış, onların işlək vəziyyətdə olması diqqətdə saxlanılmışdır.
Hava limanı əməkdaşlarının peşə bacarığını artırmaq məqsədilə keçirilən təlimlər ötən ay da davam etdirilmişdir.
Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti