23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.
Artıq muxtar respublikada bütün sahələrdə informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Yaradılan şəraitin nəticəsidir ki, sakinlərə keyfiyyətli rabitə və internet xidməti göstərilir. Avqust ayında da bu işlər davam etdirilmiş, 347 yeni abunəçi genişzolaqlı internetlə təmin olunmuş, Naxtel LTE şəbəkəsinin Düylün, Əndəmic, Üstüpü, Tivi, Bist və Nüsnüs kəndlərindəki baza stansiyaları 4G şəbəkəsinə qoşulmuşdur.
“Evədək optika” layihəsinin icrası ilə əlaqədar 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş, 484 ədəd yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika üzrə, ümumilikdə, 13 min 217 metr fiber-optik kabel xəttinin tikintisi aparılmışdır. Bu dövrdə seçki məntəqələrinin hər birinə telefon xətti çəkilmiş, 35 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır.
Yeni texnologiyalar üzrə ixtisaslı kadrların hazır­lanması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu iş daim diqqətdə saxlanılır. Ötən ay Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kurslarında 35 dinləyici təhsil almışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR