23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında dəmir yolundan istifadə sahəsində ardıcıl tədbirlər görülür. Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, avqust ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisində 15 min 820 sərnişin və ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min 540 ton müxtəlif təyinatlı yük daşınmışdır.
Culfa Lokomotiv Deposunda lokomotivlər 4 dəfə texniki baxışdan keçirilmiş, 3 ədəd lokomotiv cari təmir edilmişdir. Sərnişinlərin rahat gediş-gəlişlərini təmin etmək üçün istismarda olan sərnişin vaqonlarında təmir işləri həyata keçirilmiş və 1 ədəd sərnişin vaqonunda istilik sistemi bərpa olunmuşdur. Bundan başqa, İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və digər qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmış, 396 ədəd yararsız ağac şpal təzə ağac şpallarla əvəz edilmişdir.
Daşımaların səmərəli təşkili məqsədilə Şərur stansiyasında yararsız vəziyyətdə olan yükləmə-boşaltma yolunun 360 paqonometr hissəsi tamamilə sökülmüşdür. Hazırda yeni yolun çəkilişi aparılır. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən avqust ayında Ordubad dəmiryol sərnişin vağzalı, Ordubad Yol Sahəsinin inzibati binasında və İnfrastruktur İdarəsinin Ordubad Sahəsindəki 4 saylı yol məntəqəsi binasında yenidənqurma, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında isə əsaslı təmir işləri davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR