23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunda son illər, konkret olaraq, cari ilin ötən dövründə həyata keçirilən məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. 

Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin ən qiymətli sərvət olan torpağa bağlılıqlarını daha da gücləndirib. Torpaq isə ona baş əyənə, qədrini bilənə, onu qoruyana heç vaxt borclu qalmır.
Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda, əsasən, əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıq inkişaf etdirilir. Aqrar sahənin inkişafı məqsədilə şəxsi mülkiyyətdə olan torpaqlardan səmərəli istifadəyə dövlət qayğısı güclənib. Ötən il bu ilin məhsulu üçün 1133 hektar sahədə payız əkini keçirilib, cari ilin yazında 204 hektar sahədə yaz əkini aparılıb. 1337 hektar taxıl əkini sahəsindən 3835 ton məhsul götürülüb.

Cari ildə 463 hektar sahədə kartof, 286 hektar sahədə tərəvəz, 242 hektar sahədə dənli-paxlalı, 11 hektar sahədə bostan bitkiləri və 280 hektarda digər bostan məhsulları əkilib. Sahələrdə bol məhsul yetişdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla başa çatmış “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası öz bəhrələrini verib. Bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərib. Məlumat üçün bildirək ki, adıçəkilən proqramın uğurla icra olunması hesabına rayonda bağ sahələri 60,9 hektar artırılıb. Üç nəfər isə bu sahəni inkişaf etdirmək üçün kredit götürərək 15 hektar sahədə bağ salıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” isə rayonda bu sahəni inkişaf etdirmək üçün daha bir stimul olub. Proqramın icrası istiqamətində cari ilin ötən dövründə xeyli iş görülüb, meyvə bağlarının sahəsi genişləndirilib. Cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 4,7 hektar sahədə yeni bağ salınıb, 0,4 hektar sahədə bərpa işləri aparılıb, 4860 ədəd yeni meyvə tingləri əkilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR