23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-avqust aylarında 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 3593,6 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 690 milyon 988 min 800 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikada əsas kapitala 628 milyon 260 min 800 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 583 milyon 503 min 500 manatı və ya 92,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 

* * *

2016-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 32 milyon 992 min manata yaxın olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 27 milyon 260 min manat olmaqla, bir il öncəki göstəricini 1,9 faiz üstələmişdir.

* * *

Qeyd olunan dövrdə 266 milyon 35 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 5,5 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,8 min ton ət, 61,6 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,4 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1 milyard 176 milyon 416 min 400 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,7 faiz yüksələrək 2637,7 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 409,7 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 sentyabr 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57273-ə çatmışdır ki, bunun da 50935-i və ya 88,9 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-avqust aylarında açılmış 11380 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2016-cı il tarixə 1170-ə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 309 milyon 74 min 100 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 2 faiz artaraq 280 milyon 970 min Amerika Birləşmiş Ştatları dolları, idxalın həcmi 31 faiz azalaraq 28 milyon 104 min 100 Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 253 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 milyon 314 min 400 manat məbləğində kreditlər verilmişdir.

* * *

2016-cı ilin yanvar-avqust aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxil­olmalar 4008 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

* * *

Qeyd olunan dövrdə muxtar respublikaya 234 min 363 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz və ya 10181 nəfər çoxdur.

* * *

1 avqust 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4894 nəfər və ya 1,1 faiz artaraq 447104 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR