23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son illərdə nəzərəçarpan dəyişikliklərdən biri də muxtar respublikanın şəhər və qəsəbələrindəki yaşayış binalarının yenidən qurulması və yeni yaşayış komplekslərinin yaradılmasıdır.
Paytaxt Naxçıvan şəhəri də ildən-ilə dəyişir, yeni tikililər, abadlaşan küçə və prospektlər şəhərin simasına məxsusi gözəllik gətirir. Naxçıvan şəhərinin ən gözəl ünvanı olan Heydər Əliyev prospekti isə son dövrlərdə fərqli memarlıq quruluşuna xas yeni ünvanları ilə diqqəti cəlb edir. Belə obyektlərdən biri də hazırda inşası davam etdirilən zirzəmi ilə birlikdə səkkizmərtəbəli yaşayış binasıdır. Binanın təməli 2015-ci ilin may ayında qoyulub. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən ötən dövrdə binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub, daxildə suvaq işləri yekunlaşdırılıb. Hazırda binanın fasadı üzlük travertin daşla üzlənir. Yaşayış binası hazır olduqdan sonra zirzəmi hissədə 210 kvadratmetrlik anbar və foye yerləşəcək. Birinci mərtəbədə isə mağazalar fəaliyyət göstərəcək. Digər mərtəbələrin hər birində isə bir mənzil yerləşməklə bina 6 mənzilli olacaq. 220 kvadratmetrlik mənzillərin hər birində üç yataq otağı, bir salon, foye və mətbəx yerləşəcək. Müasir üslubda inşa edilən binada hər mənzilin üç eyvanı olacaq.
Qeyd edək ki, milli memarlıq ənənələrinin müxtəlif elementlərini özündə əks etdirən bina Naxçıvan şəhərinə xüsusi gözəllik verəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR