23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin yanvar-iyul ayları Kəngərli rayonu üçün də uğurlu olub. Bu dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 27277,2 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,8 faiz artaraq 25843,2 min manat təşkil edib.

Bəhs olunan dövrdə yaradılan müasir infrastruktur, istifadəyə verilən rahat yollar, sosial obyektlər, xidmət sahələri yaşayış məntəqələrimizin görkəmini dəyişib. Rayon mərkəzində abadlıq işləri aparılıb, yol kənarlarında işıqlandırma sistemi quraşdırılıb. Yurdçu kəndində 270 şagird yerlik tam orta məktəb üçün yeni bina, kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilib, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün otaqlar ayrılıb, müasir avadanlıqlarla təchiz olunub. Kənddaxili yollar yenidən qurulub. Bu yaşayış məntəqəsində yeni ATS quraşdırılıb və poçt şöbəsi yaradılıb. Quruculuq tədbirləri çərçivəsində 270 metr yeraltı optik xətt, 60 yeni abonentə telefon xətti çəkilib.
Hazırda Qıvraq qəsəbə tam orta məktəbində və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində təmir işləri, Qıvraq qəsəbəsində 222 yerlik uşaq bağçası üçün binanın inşası davam etdirilir.

Rayonda kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılıb. Bunun üçün müntəzəm olaraq həyata keçirilən meliorativ tədbirlər cari ilin ötən dövründə də davam etdirilib. Belə ki, yaşıl­lıq və əkin sahələrinin suvarılması məqsədilə 8650 metr uzunluğunda yeni suvarma xətləri çəkilib, Qabıllı kəndində 1 subartezian quyusu istifadəyə verilib, Qıvraq qəsəbəsində suvarma məqsədilə 1 subartezian quyusu bərpa edilib. Qabıllı kəndində 900 metr, Şahtaxtı kəndində 2700 metr su xətti çəkilib, supaylayıcılar quraşdırılaraq kənd sakinlərinin istifadəsinə verilib. Bu tədbirlərin davamı kimi rayonun Böyükdüz və Xok kəndlərinin 107 hektar sahəsində qapalı suvarma şəbəkəsi qurulur.
Əhalinin elektrik enerjisindən səmərəli istifadəsini təmin etmək üçün yeni elektrik xətlərinin çəkilişi və bərpası davam etdirilib, 4,1 kilometr uzunluğunda elektrik verilişi xətləri yenilənib. Bir ədəd transformator əsaslı təmir edilib, 45 yeni mənzil elektrik enerjisi ilə təmin olunub.
Bəhs edilən dövrdə rayonun qəsəbə və kəndlərində 2397 abonentin qaz xəttinə və qazişlədici cihazlarına baxış keçirilib, 106 ədəd sayğac normal işləmədiyi üçün yenisi ilə əvəz edilib. Bu dövrdə 210 ədəd yeraltı keçid polietilen boru ilə əvəz edilib, 516 metr qaz xəttinin yeri dəyişdirilib, 420 metr dəmir boru polietilen boru ilə əvəz edilib, 597 metr yeni qaz xətti çəkilib, 89 yeni abonent təbii qazla təmin olunub.
Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Naxçıvan memarlığının nadir incilərindən sayılan Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasına başlanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR