Muxtar respublikada 2016-cı ilin yanvar-iyul aylarında 1 milyard 372 milyon 970 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 3080,5 manata çatmışdır.
* * *
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 591 milyon 241 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-iyul ayları ərzində muxtar respublikada əsas kapitala 562 milyon 200 min 300 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 527 milyon 722 min 200 manatı və ya 93,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2016-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 28 milyon 714 min manata yaxın olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 23 milyon 691 min 600 manat olmaqla, bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-iyul ayları ərzində 213 milyon 904 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 5,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,2 min ton ət, 57,8 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3 faiz, süd istehsalı 1,4 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 998 milyon 783 min 600 manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 2240,9 manat təşkil etmişdir.
* * *
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 406,8 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57423-ə çatmışdır ki, bunun da 51085-i və ya 89 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-iyul aylarında açılmış 10478 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2016-cı il tarixə 1160-a çatdırılmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-iyul aylarında muxtar respublikada 240 milyon 931 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 2,2 faiz artaraq 217 milyon 654 min 500 Amerika Birləşmiş Ştatları dolları, idxalın həcmi 20,2 faiz azalaraq 23 milyon 277 min 300 Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 194 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 937 min 200 manat məbləğində kreditlər verilmişdir.
* * *
2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3483,7 min manat olmuşdur.
* * *
2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikaya 216 min 284 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,3 faiz və ya 8910 nəfər çoxdur.
* * *
1 iyul 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4902 nəfər və ya 1,1 faiz artaraq 446633 nəfər təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti