23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif xidmətlərin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə fermerlərə verilməsini təmin edir. Cəmiyyətin xəttilə muxtar respublikaya 57 ədədi 2016-cı ildə olmaqla, cəmi 1742 ədəd müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqları alınıb gətirilib. 

Cəmiyyətə məxsus olan texnika və texnoloji avadanlıqların saxlanılması da diqqət mərkəzindədir. 2010-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun Şərur, Culfa, 2011-ci ildə Sədərək, Kəngərli, Ordubad, 2013-cü ildə isə Şahbuz bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 294 ədəd müxtəlif texnika və avadanlıq vardır. Bunun 26 ədədi Şərur, 37 ədədi Babək, 25 ədədi Culfa, 10 ədədi Sədərək, 9 ədədi Ordubad, 14 ədədi Şahbuz, 15 ədədi isə Kəngərli bazalarına icarəyə verilib. Həyata keçirilən tədbirlər əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsini, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasını təmin edir. Məlumat üçün bildirək ki, cari ilin taxıl biçini kampaniyası optimal müddətə başa çatdırılıb, sahələrdən bol məhsul götürülüb. Hazırda payız əkini kampaniyasına hazırlıq görülür, texnikalara baxış keçirilərək mövsümə hazır vəziyyətə gətirilir.

Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dövlət tərəfindən ödənilməsi diqqət mərkəzində saxlanılıb. Sərəncama əsasən kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasına da güzəştlər tətbiq olunub. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılıb. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılıb. Hazırda texnikaların ilkin dəyəri 20 faiz ödənilməklə dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq olunur. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaradıb, 2016-cı ildə 11 ədədi nağd və köçürmə, 86 ədədi lizinq yolu ilə olmaqla, ümumilikdə, 1472 ədəd texnika satılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR