23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması sahəsində kompleks tədbirlər görülür, alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur, işlədicilərə fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilir. İyul ayında muxtar respublikanın elektrik şəbəkələrinə buraxılan enerjinin 56,9 faizi su elektrik stansiyalarında, 7,2 faizi isə Günəş elektrik stansiyasında istehsal olunmuşdur.
Ötən ay elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmış, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər görülmüşdür. Belə ki, qeyd olunan dövrdə muxtar respublikanın şəhər və kəndlərində 3 yeni transformator yarımstansiyası quraşdırılmış, 5 kilometr uzunluğunda elektrik verilişi xətti çəkilmiş, 1 kilometr uzunluğunda hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində isə 12 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri də bu dövrdə davam etdirilmiş, 690 ədəd belə sayğac quraşdırılmış, yaşayış məntəqələrində elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün reydlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR