23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada hava nəqliyyatında xidmətin düzgün təşkili, sərnişinlərin rahatlığı və təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. İyul ayında yerli hava xətti ilə 31 min 471 sərnişin, 461 min 712 kiloqram baqaj, 25 min 818 kiloqram yük və 1678,65 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 496 sərnişin, 4 min 349 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 485 sərnişin və 5 min 840 kiloqram baqaj daşınmışdır.
Ay ərzində teleskopik traplara, nəzarət müşahidə kameralarına, X-Ray avadanlıqları və kompüterlərə texniki baxış keçirilmiş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır. Həmçinin aerodrom ərazisində cari təmir işləri görülmüş, elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilmiş, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, hava gəmilərinə texniki baxış keçirilmiş, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilmişdir. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər və texnikaların işlək vəziyyətdə olması diqqətdə saxlanılmışdır.
Hava limanı əməkdaşlarının peşə bacarığının artırılması sahəsində görülən işlər ötən ay da davam etdirilmiş, Aviasiya Təhlükəsizlik Xidmətinin mütəxəssisləri Milli Aviasiya Akademiyasının Aviasiya Personalı­nın Hazır­lığı Mərkəzində təşkil olunmuş ixtisasartırma kurslarına ­göndərilmişdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR