23 Dekabr 2024, Bazar ertəsi

“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin beşinci tirajı keçirilib.
Babək rayonunda hədiyyələrin təqdim olunmasından əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini Nurlan Əliyev bildirib ki, nazirlik tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Əvvəllər də bu istiqamətdə bir sıra tədbirlər keçirilib və vətəndaşlar həmin tədbirlərdə həvəslə iştirak ediblər. Nəzarət-kassa aparatları vasitəsilə nağd pul hesablaşmalarının aparılması üzərində ictimai nəzarətin gücləndirilməsi məqsədilə “Kassa çeki alın, avtomobil qazanın!” adlı stimullaşdırıcı lotereya oyunu zamanı tirajın 4 qalibi muxtar respublikanın sakinləri olublar.
Nurlan Əliyev bildirib ki, 2014-cü ildən başlayaraq “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirə start verilib. Həmin il 223 vətəndaşa 20 min manatlıq hədiyyə təqdim edilib. 2015-ci ildə muxtar respublika üzrə 398 vətəndaşa 20 min manat dəyərində məişət avadanlıqları təqdim olunub. Bu tirajda hədiyyə qazanmış şəxslərin sayı 221 nəfərdir. Onların 26 nəfəri Babək rayonunun sakinləridir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov bildirib ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 4 milyon 484 min manatı POS-terminallar, 7 milyon 606 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Bu da onu göstərir ki, 2016-cı il ərzində nağdsız ödəniş sistemi və onun infrastruktur alətlərinin təkmilləşdirilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi istiqamətində aparılan geniş təbliğat-təşviqat işləri bəhrəsiz qalmayıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Rəşad Əliyev çıxışında diqqətə çatdırıb ki, hədiyyələr 3 meyar üzrə müəyyən edilib. Birinci meyar üzrə 400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 35-55 manat arasındadır. Bu meyarda Babək rayonu üzrə 14 şəxs hədiyyə qazanıb. İkinci meyar üzrə 601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 60-75 manat arasındadır. Babək rayonunda 9 şəxs belə hədiyyə qazanıb. Üçüncü meyar üzrə 801 manatdan çox əməliyyat aparan şəxslərə veriləcək hədiyyələrin dəyəri 80-110 manat arasındadır ki, bu meyar üzrə Babək rayonundan 3 şəxs hədiyyə qazanıb.
Həmin gün analoji tədbir Culfa, Ordubad və Şahbuz rayonlarında da keçirilib. Culfa rayonunda birinci meyar üzrə 13, ikinci meyar üzrə 10, üçüncü meyar üzrə 8 şəxs, Ordubad rayonunda birinci meyar üzrə 14, ikinci meyar üzrə 10, üçüncü meyar üzrə 3 şəxs, Şahbuz rayonunda birinci meyar üzrə 12, ikinci meyar üzrə 6, üçüncü meyar üzrə 4 şəxs hədiyyə qazanıb.
Bu gün Naxçıvan şəhərində, Kəngərli, Şərur və Sədərək rayonlarında qaliblərə hədiyyələr təqdim ediləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR