23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın sürətlə inkişaf edən bölgələrindən biri kimi Şahbuz rayonunda da son illərdə həyatın bütün sahələrində əsl canlanma yaranıb, əhalinin güzəranı xeyli yaxşılaşıb, iqtisadiyyatın bütün sahələrində irəliləyişlərə nail olunub, aqrar sahədə infra­strukturun yaxşılaşdırılması, texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Aqrar bölmədə fəallığın artması nəticəsində taxılçılıq, meyvəçilik, üzümçülük, heyvandarlıq və inkişafına xüsusi önəm verilən kartofçuluqda uğurlar qazanılıb.

Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayonda mart ayından başlayaraq kartof əkininə start verilib. Ötən il sahələrdən bol məhsul götürülməsi bu il kartof əkininə olan marağı daha da artırıb. Bunun nəticəsidir ki, bu il torpaq mülkiyyətçiləri 340 hektar həyətyanı, 44 hektar pay torpaq sahələrində kartof əkinləri həyata keçiriblər. Rayonun Kükü, Keçili, Gömür, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Nursu kəndləri kartof əkinlərinin geniş miqyasda həyata keçirildiyi yaşayış məntəqələridir. Kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərindən Ağbulaq kənd sakini Faiq Cəfərov, Yuxarı Qışlaq kəndindən İntiqam Quliyev, Nursu kəndindən İlqar Rüstəmov, Keçili kəndindən Elçin Quliyev və başqaları ilə söhbət zamanı bildirdilər ki, heç bir çətinlikləri yoxdur, lazımi texnikalarla təmin olunublar. Elə bunun nəticəsidir ki, kartofçuluğa maraq ilbəil artır.
Xatırladaq ki, ötən il rayonda 462 hektar sahədə kartof əkini həyata keçirilib, 8 min 46 ton məhsul əldə edilib, hər hektarın məhsuldarlığı 174,2 sentner olub.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR