23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada aparılan quruculuq tədbirləri, nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişib. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri müasirliyə qovuşub. Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edib.
Sədərək rayonu da bu baxımdan diqqəti çəkən bölgələrimizdən birinə çevrilib. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir.
Hər il olduğu kimi, bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Bir neçə aydır ki, Sədərək kəndi ərazisində yerləşən rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında əsaslı təmir işlərinə başlanılıb.
Təmir işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
Qeyd edək ki, inşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir.

Sərxan İsmayılov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR