23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın digər bölgələri kimi, Culfa rayonu da son illər hərtərəfli qayğı ilə əhatə olunub, sürətli inkişaf yolu keçib. Regionumuzda davamlı xarakter alan və sosial-iqtisadi inkişafın bəhrələri olan quruculuq tədbirləri bu rayonu da öz ağuşuna alıb. Məhz belə tədbirlər hesabına bu gün Culfa rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Hazırda rayonun müxtəlif ünvanlarında kompleks quruculuq tədbirləri uğurla davam etdirilir. Belə tədbirlərdən Gülüstan kəndinə də pay düşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları kənddə kompleks quruculuq tədbirlərini həyata keçirir. Belə ki, idarənin inşaatçıları tərəfindən burada məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur. Bu tədbirləri keyfiyyətlə yerinə yetirmək üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. İnşaatçılar bu şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Bunun nəticəsidir ki, Gülüstan kənd tam orta məktəbi üçün tikilən binada yaradılan şərait hesabına ötən müddət ərzində xeyli inşaat işi görülüb. Üç mərtəbədən ibarət olan 156 şagird yerlik binada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub, hazırda suvaq işləri aparılır.

Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı Gülüstan Kənd Mərkəzinin inşası ilə məşğuldur. Bu mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri əsasən başa çatdırılıb.
Gülüstanlılara daha bir dövlət qayğısının ifadəsi olan xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları və müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək. Hər üç obyektin yerləşdiyi ərazidə abadlıq işləri aparılacaq, yaşıllıq zolaqları salınacaq, buraya daimi su xətti çəkiləcək.
Adıçəkilən tikinti idarəsinin bir qrup inşaatçısı isə Xanəgah kəndində 2 mərtəbəli həkim ambulatoriyasının tikintisində çalışır. Bu obyektdə son tamamlama işləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, Naxçıvan-Ordubad magistralından Culfa şəhərinə gedən yol və bu yoldan Gülüstan kəndinə ayrılan yol da yenidən qurulur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR