23 Dekabr 2024, Bazar ertəsi

 Muxtar respublikada 2016-cı ilin yanvar-may aylarında 883 milyon 63 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. 

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 1983,1 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 410 milyon 601 min 300 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələmişdir.

 * * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-may ayları ərzində muxtar respublikada əsas kapitala 379 milyon 900 min manat həcmində investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmişinvestisiyaların 355 milyon 596 min manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2016-cı ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin həcmi 19 milyon 805 min manatdan artıq olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 16 milyon 218 min 800 manat olmaqla, bir il öncəki göstəricini 1,6 faiz üstələmişdir.

* * *

Cari ilin yanvar-may ayları ərzində 47 milyon 152 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 4,2 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 8,3 min ton ət, 34,5 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 658 milyon 809 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 1 faiz yüksələrək 1479,5 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 401,8 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 iyun 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57355-ə çatmışdır ki, bunun da 51429-u və ya 89,7 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-may aylarında açılmış 8998 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2016-cı il tarixə 1147-yə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-may aylarında muxtar respublikada 140698,2 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 2,2 faiz artaraq 125480,7 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 110 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 18656,4 min manat məbləğində kreditlər verilmişdir.

* * *

2016-cı ilin yanvar-may aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2347,4 min manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

* * *

Qeyd olunan dövrdə muxtar respublikaya 147 min 542 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 5675 nəfər çoxdur.

* * *

1 may 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4803 nəfər və ya 1,1 faiz artaraq 445830 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR