23 Dekabr 2024, Bazar ertəsi

Son illər Şərur rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, kənd­lər füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kənd­lə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb.
Hazırda rayonun Arbatan, Çəmənli və Arpaçay kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir. “Artay” LTD Şirkətinin inşaatçıları Arbatan kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binaların inşası ilə məşğuldur. 234 şagird yerlik məktəbin və kənd mərkəzinin binaları iki, xidmət mərkəzinin binası birmərtəbəlidir. Aprel ayından tikintisinə başlanan obyektlərdə çalışan inşaatçıların texniki təhlükəsizliyi təmin edilib, obyektlərə daimi su xətti çəkilib, inşaat işlərinin keyfiyyətlə aparılması üçün hərtərəfli şərait yaradılıb. Hazırda tikinti işləri davam etdirilir.

Çəmənli kəndində də yeni obyektlərin inşası aparılır. Bu yaşayış məntəqəsində yaxın aylarda yeni məktəb, kənd və xidmət mərkəzlərinin binalarından istifadə olunacaq. 360 şagird yerlik kənd tam orta məktəbinin binası üç mərtəbədən ibarət olacaq. Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəli nəzərdə tutulub. Çəmənli sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Adıçəkilən tikinti kollektivinin bir qrup inşaatçısı isə rayonun Arpa­çay kəndində kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldur.
Quruculuq tədbirləri çərçivəsində rayonda yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Şərur Rayon Yol Təmir-Tikinti İdarəsinin inşaatçıları 5,4 kilometrlik Çərçiboğan-Arbatan, 6,7 kilometrlik Dərvişlər-Arpaçay-Çəmənli kəndarası yollarda yenidənqurma işlərini həyata keçirirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR