23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqət mərkəzindədir. Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 3,6 kilometr magistral kanal, 55 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənmiş, 8 kilometr məsafədə yeni suvarma boru xətti çəkilmişdir. 

Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 107 hektar ərazisində qapalı suvarma şəbəkəsinin və Babək rayonunun Kültəpə kəndinin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi uzunluğu 3060 metr olan yeni suvarma boru xəttinin tikintisi davam etdirilmişdir. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 73 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 5 kəhrizdə isə bu işlər davam etdirilmişdir.
May ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılmış, Ordubad rayonunun Parağa kəndini içməli su ilə təmin etmək üçün yeni kaptaj tikilmiş, 2060 metr məsafədə yeni içməli su xətti çəkilmişdir. Bu dövrdə “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Tumbul və Bulqan kəndlərində müxtəlif diametrli borularla 8611 metr kanalizasiya xətti və 16 min 853 metr içməli su xətti çəkilmiş, çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir. Babək rayonunun Şıxmahmud kəndində isə müxtəlif diametrli borularla 5881 metr kanalizasiya və 4600 metr içməli su xəttinin çəkilişi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR