23 Dekabr 2024, Bazar ertəsi

Babək rayonunun Babək qəsəbəsində sahibkar Vahid Rəsul­ovun göycə bağında “Naxçıvan göycəsinin əkilib-becərilməsi texnologiyası və artırılması üsulları” mövzusunda tarla seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirəni Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq keçirilən tədbirin mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan aqrar sahənin inkişaf etdirilməsində elmi əsaslara söykənən texnologiyaların tətbiqi yüksək məhsuldarlıq əldə olunmasına bilavasitə təsir edən mühüm amildir. Bugünkü müşavirəni keçirməkdə məqsədimiz göycənin becərilmə texnologiyası, genetik fondun qorunub saxlanılmasında əhəmiyyəti və eləcə də kənd təsərrüfatının əkinçilik sistemində ixtisaslaşmanın günün tələbləri səviyyəsində həyata keçirilməsinə dair elmi əsaslarla maarifləndirici söhbətlər aparmaqdan ibarətdir. Bu məqsədlə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müşavirəyə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssis qrupu və bu yaxınlarda Naxçıvanda keçirilən Göycə festivalının qalibləri dəvət olunublar.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Ədalət Hüseynov “Göycə bitkisinin becərilmə aqrotexnikası”, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Loğman Bayramov “Qədim əkinçilik mədəniyyətimizdə göycə bitkisinin yeri və genetik fondun qorunub saxlanılmasında əhəmiyyəti”, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənov “Kənd təsərrüfatında ixtisaslaşmanın düzgün həyata keçirilməsi yüksək məhsuldarlıq əldə olunmasına əsas verir” mövzularında çıxışlar ediblər.
Seminar-müşavirədə Göycə festivalının qaliblərindən Amil Məmmədov, Əhəd Məmmədov, Elşən Eyvazov, Rəşad Məhərrəmov, Baxşəli Quliyev, Yaqub Həsənov və tədbirin keçirildiyi bağın sahibkarı Vahid Rəsulov da çıxış edərək özlərinin iş təcrübələri və əldə etdikləri uğurlar haqqında maraqlı məlumatlar veriblər.
Sonda sahibkarlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb.
Tədbirə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov yekun vurub, sahibkarlara öz işlərində uğurlar arzulayıb.

Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR