24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi “Heydər Əliyev kuboku” uğrunda futbol turniri davam edir. Azərbaycanda ilk dəfə keçirilən turnirin finalçıları artıq məlumdur. Belə ki, həlledici qarşılaşmada “Neftçala” və MOİK klubları üz-üzə gələcəklər.
Dünən istirahət edən komandaların asudə vaxtlarının səmərəli təşkili istiqamətində onların muxtar respublikanın tarixi, görməli yerlərinə gəzintiləri təşkil edilib, bu yerlər barədə onlara ətraflı məlumatlar verilib. Əvvəlcə iştirakçı komandaların məşqçiləri və futbolçuları Duzdağ Fizioterapiya Mərkəzi ilə yaxından tanış olublar. Daha sonra onlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. İştirakçılar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Şahbuz Dövlət Təbiət Qoruğunda yerləşən Batabat yaylağında da olublar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR