24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Tibb Kollecində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktor əvəzi Mehri Seyidbəyli açaraq bildirib ki, xalqımız həmişə azad və müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu müstəqillik çox qısa zamanda itirilmək təhlükəsi ilə üz-üzə qalıb. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələblərindən sonra hakimiyyətə qayıdışı qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanılmasını təmin edib. Ulu öndər böyük çətinliklər hesabına müstəqilliyimizin möhkəmləndirilməsinə, onun sarsılmaz və əbədi olmasına nail olub. Müstəqilliyimizin bəhrələridir ki, indi Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

Sonra kollecin müəllimlərindən Zəminə İsmayılova “Şərqdə ilk demok­ratik respublika”, Rəna Vəliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 96 il ötür”, Xanım Kazım­ova “Müstəqil dövlətimizin qurucusu və banisi” mövzularında məruzələr ediblər.Vurğulanıb ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycanın Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı.
Sonra tələbələrdən Gülnaz Qasım­ova, Aynurə İsmayılova, Rübabə Məmmədova 28 May – Respublika Gününə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR