24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı pro­qram-layihə həyata keçirilib. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçəcək.

“Naxçıvan” Universitetində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti tərəfindən təyin olunmuş seçim komissiyasının sədri Elnur İbrahimov çıxışında bu barədə danışıb.
Bildirilib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı Sərəncam ilə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir sıra ixtisasları muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib.

Elnur İbrahimov qeyd edib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir əməkdaşlıq edir. Bunun nəticəsində ötən ilin sentyabr ayında “Naxçıvan” Universitetində həmin şirkətin informasiya-kommunikasiya texnologiyaları mərkəzi yaradılıb. Mərkəzdə şirkətin avadanlığı, yeni nəsil modemlər və şəbəkə avadanlıqları nümayiş etdirilir.
“Huawei” şirkətinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq treninq proqramı həyata keçirilir”, – deyən müsabiqə komissiyasının sədri vurğulayıb ki, Azərbaycandan bu proqrama yalnız Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti qatılıb. Proqram çərçivəsində komissiya üzvləri informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan ən yaxşı 6 tələbəni seçərək Çinə istehsalat təcrübəsinə göndərəcək. İkihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlara “Huawei” şirkətinin Şencen şəhərində yerləşən ofisində informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi və istehsal üzrə təlimlər keçiriləcək.
Tədbirdə “Huawei” şirkətinin nümayəndəsi Fərhad Rzayev təmsil etdiyi şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra şirkətdən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin 13 tələbəsinin seçilmiş mövzular üzrə təqdimatı olub. Sonda müsabiqənin qalibi olan 6 tələbə seçilib.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev müsabiqədə qalib gəlmiş “Naxçıvan” Universitetinin tələbələri Sənan Əhmədova, Əlişəms Cavadzadəyə, Qönçə Abduləliyevaya, Naxçıvan Dövlət Universitetinin tələbələri Rüstəm Məmmədova, İsmayıl Əliyevə və Səxavət Heydərliyə Çin Xalq Respublikasına getmək üçün dəvətnamələr təqdim edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR