22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ordubad rayonunda “Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlarda qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirib.
Ordubad Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov açıb, Ədliyyə Nazirliyinin əməkdaşlarından Səyyub Kərimovun, Ayaz Məhərrəmovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, notariat hərəkətlərinə görə qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində büdcəyə köçürülməli, dövlət notariusu və əməliyyat aparan icra nümayəndəsi qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, əməliyyat rəsmiləşdirilən zaman vətəndaşların şəxsi iştirakı təmin olunmalıdır.
Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR