22 Dekabr 2024, Bazar

    Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, ümummilli liderimizin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskar­lıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

  “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən dahi şəxsiyyət Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir.
     Sonra YAP Babək rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elnur Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanov, Uşaq Kitabxanasının müdiri Təranə Əliyeva və Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynov çıxış etmişlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR