22 Dekabr 2024, Bazar

Aprelin 5-də Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Tədbiri giriş sözü ilə təşkilatın sədri Əmir Babayev açmışdır.
Lektoriyada Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədr müavini İbrahim Hənifəzadə “Heydər Əliyev və milli inkişaf konsepsiyası” mövzusunda məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, Azərbaycanın bugünkü inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Qeyd edilmişdir ki, dahi rəhbər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası sonrakı illərdə ulu öndərin davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilməkdədir. Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
Sonra məruzə ətrafında partiya üzvlərindən Qadir İsmayılovun, Ceyhun Abbasovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR