24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. Bu məqsədlə həyata keçirilən iməciliklər mühüm rol oynayır.
Aprelin 23-də keçirilən növbəti iməciliklərdə ötən iməciliklərdə salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, belə sahələrin həcminin ağac və gül kollarının əkini ilə genişləndirilməsi davam etdirilib. Belə ki, Naxçıvan şəhərinin sakinləri park və xiyabanlarda 30 ədəd həmişəyaşıl ağac, 100 ədəd gül kolu əkib, Sement Zavodunun yaxınlığında, müəssisə və təşkilatların yaşıllıq sahələrində ağacların diblərini alaq otlarından təmizləyib və suvarma işləri aparıblar.
Şərur rayonunun mərkəzi Şərur şəhərinin park və xiyabanlarında 5300 ədəd gül kolu əkilib, Püsyan və Xanlıqlar kəndlərində ağaclara aqrotexniki qulluq göstərilib.
Babəklilər bu tədbiri Yarımca-Sirab kəndləri yolundakı yaşıllıqlarda həyata keçiriblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun Aza, Dəstə, Aşağı Əylis və Düylün kəndləri hissəsində ağacların dibləri alaq otlarından təmizlənib və suvarılıb.

Culfa rayonunun sakinləri müəssisə və təşkilatların yaşıllıq sahələrində çalışıblar.
İməcilik günü Kəngərli sakinləri Çalxanqala kənd yolunun kənarlarında salınmış yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şahbuz rayon sakinləri də ötən şənbə günü keçirilən iməcilikdə fəallıq göstəriblər.
Həmin gün sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsində, Sədərək kənd 2 nömrəli tam orta məktəbin həyətində və rayon Elektrik Şəbəkəsinin qarşısındakı bağda çalışıblar.
İməcilik günü muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR