22 Dekabr 2024, Bazar

     Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev lektoriyası” keçirilib.

      Tədbirdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib.
     Məruzəçi bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət mərkəzində saxlayaraq onların sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmalarına çalışırdı. Bu siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, gənclərimiz ictimai həyatın müxtəlif sahələrində öz potensiallarını gerçəkləşdirmək imkanlarına malikdirlər. Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı muxtar respublikada da ən yüksək səviyyədədir. Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, muxtar respublika gənclərinin səsi artıq dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil ocaqlarından gəlir. Hər il yüzlərlə gənc yüksək ballarla məşhur universitetlərin tələbəsi adına layiq görülür, həyata hazırlanır, ölkəmizin adını yüksəklərə qaldırır, göstərilən etimadı doğrultmağa çalışırlar. Gənc­liyin sağlam, vətənpərvər ruhda yetişməsi, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün də regionumuzda hər cür şərait var. Son illər muxtar respublikada gənc­lərin dövlət strukturlarına daha fəal şəkildə cəlb olunmasına xüsusi diqqət yetirilir. Artıq doğma diyarımızda bir çox məsul vəzifələrdə gəncliyin nümayəndələri çalışaraq müstəqil dövlətin daha da möhkəmlənməsi işinə öz töhfələrini verirlər.

     Sonra nazirlik əməkdaşlarından Nicat Babayevin, Tural Ağayevin və başqalarının çıxışları olub. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan gəncliyi fəxr oluna biləcək səviyyədədir. Azərbaycan gəncləri ölkə daxilindəki nailiyyətləri ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayırlar. Uşaq, yeniyetmə və gənclərin fiziki, mənəvi sağlamlığı, təhsilə, informasiya texnologiyalarına yiyələnmələri istiqamətində muxtar respublikamızda daim mühüm addımlar atılır. Son illərdə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün gənclik istirahət və əyləncə mərkəzlərinin, kitabxanaların, kinoteatrların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, olimpiya idman komplekslərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilməsi də dövlətimizin gənclərə böyük töhfəsidir. Əldə olunan bütün nailiyyətlərə görə biz ümummilli liderimizə borcluyuq.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR