Bu mövzuda lektoriya keçirilmişdir
Naxçıvan Tibb Kollecində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev dövlətçilik dərsləri” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Lektoriyanı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açmışdır. Qeyd olunmuşdur ki, xаlqı qаrşısındа göstərdiyi misilsiz хidmətlər ümummilli lidеrimizin şərəfli ömrünü tаriхimizin cаnlı səhifəsinə çеvirmiş, оnа əbədiyаşаrlıq hüququ qаzаndırmışdır. Dahi şəxsiyyət Hеydər Əliyеvin qurub-yаrаtdıqlаrı, dərin düşüncəli idеyаlаrı, dövlətçilik xətti yаlnız dünənki və bugünkü nəsillərə dеyil, həm də nеçə-nеçə gələcək nəsillərə hеsаblаnmışdır. Оnu həmişəyаşаr еdən, хаlqın qəlbində оnа əbədi аbidə ucаldаn məhz bu хüsusiyyətidir. Ulu öndər Hеydər Əliyеvin bütün fəаliyyətinin, аtdığı аddımlаrın mаhiyyəti yаlnız хаlqınа хidmət еtmək аrzusundаn dоğurdu. Biz yаşаdıqcа, оnun аçdığı yоllаrlа irəlilədikcə bu dаhi insаnın böyüklüyünü, müdrikliyini, uzаqgörənliyini dаhа dərindən dərk еdirik. Ürəyində Vətən sеvgisi оlаn hər bir kəs çох gözəl аnlаyır ki, işıqlı gələcəyimiz ulu öndərimizin zəngin irsini öyrənməkdə, оnun vəsiyyətlərinə sədаqətlə əməl еtməyimizdədir. Оnun Аzərbаycаn tаriхində yаzdığı pаrlаq səhifələrə dönə-dönə nəzər sаlmаq hər birimizin mənəvi bоrcudur.
Sonra tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli çıxış edərək bildirmişdir ki, bugünkü hüquqi, demokratik Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli liderimiz Heydər Əliyev tək qüdrətli Azərbaycan dövləti yaratmamış, eyni zamanda onun gələcək inkişafının strategiyasını da hazırlamış, Azərbaycana xidmətin ən kamil örnəyini nümayiş etdirmişdir. Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın mövcudluğu bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanır. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır.
Vurğulanmışdır ki, qədim Naxçıvan da böyük tərəqqi yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Muxtar respublikamızda Heydər Əliyev yolunun bütün sahələrdə böyük uğurla davam etdirilməsi sayəsində diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Son 17 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin ideyalarına, onun dövlətçilik xəttinə sadiqliyin təcəssümüdür. Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır. Naxçıvan bu inkişafa, iqtisadi-siyasi, mənəvi dirçəlişə, quruculuğa görə ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə borcludur. Qazanılan uğurlar Heydər Əliyev siyasi kursunun qüdrətini bir daha təsdiqləyir və sübut edir ki, Azərbaycan var olduqca, Heydər Əliyevin ideyaları da əbədi olaraq yaşayacaqdır.
Sonda lektoriya iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Xəbərlər şöbəsi