24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikamızda nail olunan sosial-iqtisadi inkişafın təməlində duran amillərdən biri də bu məqsədlə qəbul edilən dövlət pro­qramları, həmin proqramların vaxtında və uğurla icra edilməsidir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi də real sektorun inkişafı, iqtisadiyyatın diversifikasiyası, sürətli inkişafının təmin edilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, ötən dövr ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quraşdırma, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi, təmiri muxtar respublikanın simasını gözəlləşdirməklə yanaşı, onun inkişafının təcəssümünə çevrilib. Pro­qramın qəbulundan ötən 2 il ərzində əsas kapitala 1 milyard 875 milyon 825 min manat həcmdə investisiya yönəldilib. Bu investisiyanın sərfi nəticəsində ötən 2 il ərzində muxtar respublikada 584 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 43 elm və təhsil müəssisəsi, 66 mədəniyyət müəssisəsi, 28 səhiyyə müəssisəsi, 56 rabitə müəssisəsi, 4 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərərçəkmiş ailələr üçün 13 fərdi ev və digər bu kimi sosial infrastruktur obyektləri istifadəyə verilib.

Məlumatda o da bildirilir ki, iqtisadi inkişafın keyfiyyət göstəricilərindən biri də ölkənin iqtisadi strukturudur. Qeyd etmək lazımdır ki, son dövrlərdə muxtar respublikada mütərəqqi struktur dəyişiklikləri baş verib. Bunun ifadəsidir ki, muxtar respublikada müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və kompleksləri yaradılır, sənayeləşdirmə prosesi sürətlə davam edir. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb. Proqramın icrası istiqamətində 110 yeni istehsal və xidmət müəssisələri yaradılıb.
Dövlət proqramının 2 illik icrası dövründə Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 43 investisiya layihəsinin maliyyələşdirilməsinə, bütövlükdə, 17 milyon 319 min 200 manat həcmində kreditlər verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR