Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası tərəfindən Babək Rayon Məhkəməsinin inzibati xəta haqqında material üzrə 23 dekabr 2015-ci il tarixli qərarı, Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli qərarı, Culfa Rayon Məhkəməsinin 3 noyabr 2015-ci il tarixli hökmü, Babək Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli hökmü, Sədərək Rayon Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli hökmü, Culfa Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli hökmü, Culfa Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü əsasında məhv edilməsi nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına baxış keçirilib. Baxış zamanı çəkisi 0,06 qram olan 6 ədəd “Diazepam 10” psixotrop maddəsi, 4 ədəd bağlamada çəkisi 0,303 qram, 34,905 qram, 10,1 qram, 11,65 qram olan həşiş qətranı, 2 ədəd bağlamada 6,84 qram və 0,34 qram olan heroin, 2 ədəd bağlamada 2,31 qram və 65,183 qram tiryək, 2 ədəd bağlamada 71,15 qram və 8,30 qram marixuana naturada üzləşdirilib. Bağlamaların açılmadığı və möhürün yerində olduğu müəyyən edildikdən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibbi tullantıların ləğvi sistemində yandırılaraq məhv edilib.
Xəbərlər şöbəsi