24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu ilin fevral ayının 20-də elan edilən müsabiqə üzrə test imtahanları 1-15 aprel tarixlərində keçiriləcək.
Komissiyadan verilən məlumata görə, sənəd qəbulu martın 19-da başa çatıb. 36 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 294 vakant vəzifədən 140-nın tutulması üçün 633 namizəd sənəd təqdim edib. Bu da adıçəkilən komissiya tərəfindən keçirilən müsabiqələrin tarixində ən yüksək göstəricidir.
Vakant vəzifələrlə bağlı ən yüksək müsabiqə vəziyyəti Səhiyyə Nazirliyi üzrə qeydə alınıb. Belə ki, bu qurumda vakant olan 1 yerdə işləmək üçün 42 namizəd müraciət edib. Bundan başqa, muxtar respublika Gənclər və İdman Nazirliyi üzrə 6 vakant yerin tutulması üçün namizədlər tərəfindən 105 müraciət olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vakant olan 1 yer üzrə isə 29 müraciət qeydə alınıb. Test imtahanlarının qrafiki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR