24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin mart ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli Qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə əsasən, Naxçıvan Muxtar Respublikasında əhaliyə tibbi-sosial ekspertiza xidməti göstərən tibbi-sosial ekspert komissiyaları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, eyni zamanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə yaradılmış komissiyaların siyahısının və tərkibinin təsdiq olunması haqqında” 2009-cu il 25 dekabr tarixli 90 nömrəli Qərarı ləğv edilmiş, 2016-cı il 17 mart tarixli Qərarla “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası” təsdiq edilmişdir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR