22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Qızlar Liseyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə liseyin direktoru Aidə Allahverdiyeva açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Məktəbin müəllimlərindən Gülmirə Əsgərova, Səkinə Allahverdiyeva əsrlər boyu erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqının başına gətirilən bəlalardan danışmışlar. Çıxış edənlər ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı qırğınlar, xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat vermişlər. Bu qırğınların 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində daha geniş xarakter alması, həmin soyqırımı aktları zamanı soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə günahsız insanın doğma yurd-yuvasından didərgin salınması şagirdlərin diqqətinə çatdırılmışdır. Tədbirdə martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının böyük tarixi əhəmiyyəti vurğulanmış, bu sənədin xalqımızın milli şüurunun oyanmasında mühüm rol oynadığı qeyd olunmuşdur.
Sonda liseyin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR