22 Dekabr 2024, Bazar

Martın 29-da AMEA Naxçıvan Bölməsində “Azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı “Azərbaycanlıların sоyqırımı haqqında” Fərmandan sonra hər il ölkəmizdə martın 31-nin “Azərbaycanlıların Sоyqırımı Günü” kimi dövlət səviyyəsində qeyd edildiyini, habelə sоyqırımı qurbanlarının anım tədbirlərinin keçirildiyini vurğulayan akademik havadarlarının dəstəyi ilə Azərbaycan tоrpaqları hesabına “böyük Ermənistan” yaratmaq ideyalarından əl çəkməyən, qarşılarına qоyduqları məqsədə çatmaq üçün bu gün də milli-mədəni irsimizi özününküləşdirmək siyasətini davam etdirən məkrli ermənilərin iki əsrdir ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yeritməsindən, cəllad düşmənlərin törətdikləri soyqırımı və təcavüz siyasətinin mahiyyətindən danışıb. Qeyd olunub ki, bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli sayda arxiv materialları var.

Natiq sоyqırımı tarixinin gələcək nəsillərə obyektiv şəkildə çatdırılması istiqamətində AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının üzərinə düşən vəzifələrdən də söz açıb. Vurğulanıb ki, bölmə əməkdaşları mütəmadi olaraq bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda internet vasitəsilə təbliğat aparmalıdırlar. 
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun direktоru, tarix elmləri doktoru, prоfessоr Hacıfəxrəddin Səfərlinin, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun, institutun əməkdaşı Sevinc Quliyevanın, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin, elmi işçisi İlhami Əliyevin məruzələri dinlənilib.

*    *    *

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans başlanmazdan əvvəl Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəyin rəhbərliyi ilə universitetdə təşkil olunan fotosərginin açılışı olmuşdur.
Konfransda giriş nitqi ilə çıxış edən rektor, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, ermənilərin XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına qarşı yürütdükləri soyqırımı və deportasiya siyasəti inkarolunmaz tarixi həqiqətdir. İsa Həbibbəyli bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində Azərbaycan dövlətinin və diasporunun məqsədyönlü fəaliyyətindən də danışmışdır.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Zəhmət Şahverdiyev “Azərbaycanda ermənilərin törətdikləri soyqırımların tarixindən” mövzusundakı məruzəsində bildirmişdir ki, azərbaycanlılara qarşı iki əsr davam edən soy­qırımı siyasəti düşünülmüş şəkildə, əksər xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmişdir. Məhz bu təmizləmə və soyqırımı nəticəsində minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilmiş, doğma torpaqlarından didərgin salınmışdır.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “1918-1920-ci illərdə Naxçıvanda törədilmiş soyqırımı”, hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Ağalar Qəribov “XX əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti” mövzularında məruzələr etmişlər.
Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy rəhbərlik etdiyi təşkilatın Avropada, Türkiyədə həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, erməni iddiaları ilə mübarizədə türkdilli və müsəlman xalqların birlik və həmrəyliyinin zəruriliyini vurğulamışdır.
Konfransa Naxçıvan Dövlət Universi­tetinin rektoru, akademik İsa Həbibbəyli yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR