22 Dekabr 2024, Bazar

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açmışdır.
Dəyirmi masada təşkilatın sədri Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində ermənilər Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur və Naxçıvanda xalqımıza qarşı qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmişlər.
Aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə daha da genişlənmiş və ermənilərin Azərbaycan xalqını Yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.

1918-ci ilin mart ayında erməni vəhşiləri təkcə Bakıda otuz mindən çox əhalini xüsusi amansızlıqla qətlə yetirmişlər. Onlar bir çox qədim binaları top atəşinə tutaraq dağıtmışlar. 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
Bildirilmişdir ki, qədim Azərbaycan şəhəri Şamaxıya da od vurulmuş, 13 məhəllə məscidi və müqəddəs ocaq sayılan Cümə məscidi yandırılmış, erməni quldurları qəzanın 53 kəndində 8077 azərbaycanlını qətlə yetirmişlər. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.
Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Ermənilər bol­şeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilər 1918-ci ilin ilk 5 ayı ərzində 16 mindən çox insanı məhv etmiş, 162 kəndi dağıtmışlar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini bütün dünyaya tanıtdırmaq məqsədilə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 1998-ci ildən bəri respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
Tədbirdə YAP Şərur Rayon Təşkilatının sədr müavini İbrahim Hənifəzadə, təşkilatın şura üzvü Ramin Şükürov, partiya üzvü Çinarə Zeynalova, təşkilatın İdarə Heyətinin üzvü Ünbülbanu Musayeva, YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova çıxış etmişlər.
Tədbirə rayon təşkilatının sədri Əmir Babayev yekun vurmuşdur.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR